Bu gün

Pentaqonun adı dəyişdirilir

ABŞ Prezidenti Donald Tramp cümə günü “Müharibə Nazirliyi” adını Müdafiə Nazirliyinin ikinci rəsmi adı kimi əlavə edəcək fərman imzalayacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Ağ Evdəki iki mənbə bildirib.

Məlumata əsasən, qurumun adınınn rəsmi olaraq dəyişdirilməsi nəzərdə tutulmayıb və Müdafiə Nazirliyi bundan sonra da belə adlandırılacaq. Sadəcə müdafiə naziri Piet Hegseth rəsmi yazışmalarda, ictimai bəyanatlarda və mərasimlərdə "Hərbi nazir" və "Müharibə Nazirliyi" kimi ikinci dərəcəli titullardan istifadə etmək səlahiyyətinə malik olacaq.

Bundan əlavə, sərəncam bütün federal departamentlərdən və agentliklərdən daxili və xarici əlaqələrdə "bu ikinci dərəcəli titulları tanımaq və şərəfləndirməyi" tələb edəcək. 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?