Bu gün

Putin Zelenskini Moskvaya dəvət edib

Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskini kapitulyasiya üçün yox, danışıqlar aparmaq məqsədilə Moskvaya dəvət edib.

Təhlil.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüş yeri kimi Moskvanın seçilməsi Putinin təşəbbüsü olub.

Peskov qeyd edib ki, Zelenskinin Moskvaya dəvət edilməsində məqsəd kapitulasiya deyil, məhz danışıqlar aparmaqdır.

"Lakin Zelenski bu təklifi öz xarici işlər naziri vasitəsi ilə rədd edib" - deyə, Kremlin mətbuat katibi əlavə edib.  

 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?