Bu gün
Peskov: “Təhlükəsizlik zəmanətləri həm Ukraynaya, həm də Rusiyaya verilməlidir”

"Təhlükəsizlik zəmanətləri həm Ukraynaya, həm də Rusiyaya verilməlidir”.
Təhlil.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumu çərçivəsində mediaya müsahibəsində səsləndirib.
Peskovun sözlərinə görə, hazırkı münaqişənin əsas səbəblərindən biri Rusiyanın təhlükəsizlik zəmanətlərinin pozulmasıdır.
Kreml rəsmisi xüsusilə Ukraynanın NATO-ya “cəlb olunması” və alyansın hərbi infrastrukturunun Rusiyanın sərhədlərinə yaxınlaşmasını səbəb kimi göstərib.
Bu gün
Bu gün
Bu gün