04 sentyabr
Bu gün Parisdə "qərarlılar koalisiya"sının görüşü keçiriləcək

Bu gün Parisdə "qərarlılar koalisiya"sının hibrid formatda görüşü keçiriləcək.
Təhlil.az xəbər verir ki, sammit Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri müzakirə olunacaq.
Fransa və Ukrayna prezidentləri ilə yanaşı sammitdə AvropaKomissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa Şurasının prezidenti Antoniu Koşta, Finlandiya prezidenti Aleksander Stubb, Danimarka baş naziriMette Frederikse, Polşanın Baş naziri Donald Tusk iştirak edəcək.
Digər liderlər görüşə onlayn formatda qoşulacaqlar.
Daha sonra Bakı vaxtı ilə saat 16:00-da sammit iştirakçılarının ABŞ prezidenti Donald Trampla telefon danışığı planlaşdırılır.
Dünən
Dünən