Dünən
Prezident İlham Əliyevin Çinə işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri sentyabrın 3-də başa çatıb.
Təhlil.az xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.