Dünən

“ChatGPT” qlobal səviyyədə çöküb

Süni intellekt (AI) ilə işləyən məşhur çat-bot “ChatGPT” geniş miqyaslı nasazlıqla üzləşib. Dünyanın müxtəlif yerlərindən çoxsaylı istifadəçilər çat-bota sorğularına cavab ala bilmədiklərini bildirir. Problemlər bu gün (3 sentyabr) , səhər saat 10:45 radələrində başlayıb.

Təhlil.az xəbər verir ki, “Downdetector” monitorinq xidmətinin məlumatlarına görə, nasazlıqlarla bağlı şikayətlərin sayı son 24 saat ərzində pik həddinə çatıb və mesajların sayı 1900-ü keçib. Bununla belə, bəzi istifadəçilər üçün funksionallıq qorunub saxlanılıb və xidmət normal rejimdə işləyir.

Ən çox şikayət Niderland, ABŞ və Almaniyadan daxil olub. Problemlərin böyük əksəriyyəti (təxminən 96%) çat-botun veb-versiyası ilə bağlıdır, istifadəçilərin yalnız 4%-i mobil tətbiqdə nasazlıqlarla üzləşib.

ChatGPT-nin tərtibatçısı olan “OpenAI” şirkəti nasazlıqların mövcudluğunu təsdiqləyib və onların səbəblərinin aradan qaldırılması üzərində aktiv şəkildə işlədiklərini bildirib.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?