Bu gün

İran XİN: MAQATE ilə danışıqların son iki raundunda yekun nəticə əldə edilməyib

İranın Xarici İşlər Nazirliyi Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə aparılan danışıqların son iki raundunda yekun nəticə əldə edilmədiyini təsdiqləyib. Təhlil.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Nazirliyin sözçüsü İsmail Bəqayi bildirib ki, MAQATE ilə danışıqların davam edib-etməməsi ilə bağlı hələlik qərar qəbul olunmayıb. Yüksək səviyyəli diplomat üç Avropa ölkəsinin (Böyük Britaniya, Almaniya və Fransa) hərəkətlərini son dərəcə məsuliyyətsiz və hüquqi əsassız saymaqla tənqid edərək onların nəticələrinin bir çox sahələrdə hiss olunacağı ilə bağlı xəbərdarlıq edib.

"İndiyədək MAQATE baş direktorunun müavini səviyyəsində Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatının İran rəsmiləri ilə görüşlərin iki raundu keçirilib, lakin yekun nəticə əldə olunmayıb", - Bəqayi bildirib.

O əlavə edib ki, MAQATE müfəttişləri İrana yalnız İranın Buşəhr nüvə reaktoruna yanacağın yüklənməsinə nəzarət etmək üçün gəliblər və bu, zavodun düzgün işləməsini təmin etmək üçün beynəlxalq qaydalara uyğun olaraq həyata keçirilib.

"Hazırda İranda MAQATE müfəttişləri yoxdur, lakin İran və agentlik arasında təmaslar davam edir. İran Vyanadakı missiyası vasitəsilə davamlı əlaqələr saxlamaqla Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) və Hərtərəfli Təminatlar Sazişindən irəli gələn öhdəliklərə sadiqliyini təsdiqləyib", - deyə diplomat bildirib.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?