Şimali Koreya lideri şəxsi qatarla Pekinə yola düşüb

Şimali Koreya lideri Kim Çen İn sentyabrın 1-də şəxsi qatarla Pekinə yola düşüb. Təhlil.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.
Xatırladaq ki, Kim Çen İn Çində Yaponiyanın təslim olmasının və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək. Kremlin mətbuat katibi Dmitri Peskovun daha əvvəl bildirdiyi kimi, nümayəndə heyətləri Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen İn arasında görüş imkanını Koreya lideri çərşənbə axşamı Pekinə gəldikdən sonra müzakirə edə biləcəklər.
“Məsələ burasındadır ki, Kim Çen İn yalnız bu axşam Pekinə gəlir. O gələndən sonra isə qrafikləri nəzərə alaraq liderlərin görüşünün mümkünlüyünü nümayəndə heyəti ilə birbaşa müzakirə etmək imkanı artıq olacaq”, - deyə Kreml rəsmisi bildirib.