Hücumdan sonra bütün seçki tədbirlərini ləğv etdi

Çexiyanın keçmiş baş naziri və populist ANO partiyasının lideri Andrey Babiş hücuma məruz qaldıqdan bir gün sonraya planlaşdırılan tədbirləri ləğv edib.
Təhlil.az xəbər verir ki, sentyabrın 1-də axşam Babiş sosial şəbəkədə Olomoutsda çərşənbə axşamı üçün planlaşdırılan tədbirlər proqramını ləğv etdiyini bildirib.
Keçmiş baş nazir çərşənbə axşamı daha ətraflı araşdırma nəticələrini gözləyəcəyini söylədi. "
Təəssüf ki, mən ən azı Olomoutsda sabahkı proqramı ləğv etməli olacam. Görüşmək istəyən hər kəsdən üzr istəyirəm", - deyə, Babiş yazıb.
Qeyd edək ki, Çexiyanın şərqindəki Frýdek-Místek rayonunda seçki mitinqində Babişin başına metal əşya ilə xəsarət yetirildiyi bildirilir.
Siyasətçi müayinə üçün xəstəxanaya aparılıb. Hücum edən şəxs həmin gün axşam saatlarında həbs edilib.