Bu gün
Hindistan ABŞ ilə ticarət razılaşması üçün danışıqlar aparır

Hindistan qarşılıqlı ticarət razılaşması əldə etmək məqsədilə ABŞ ilə danışıqlar aparır.
Təhlil.az xəbər verir ki, Hindistanın ticarət naziri Piyuş Qoyal açıqlamasında deyib ki, ölkəsi ABŞ ilə qarşılıqlı ticarət razılaşması əldə etmək məqsədilə danışıqlar aparır.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Hindistana əlavə 25% tarif vergisi tətbiq etmiş və bu, iki ölkə arasında gərginliyə səbəb olub.