Dünən
Aİ: Azərbaycan-Ermənistan münasibətlərinin tam şəkildə normallaşmasına dəstəyi artıracağıq

Avropa İttifaqı Cənubi Qafqazda sülh prosesinə və Azərbaycan-Ermənistan münasibətlərinin tam şəkildə normallaşmasına dəstəyini davam etdirəcək.
Təhlil.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono sosial şəbəkə hesabında paylaşım edib.
“Azərbaycan tərəfdaşlarına minnətdaram. Bakıya səfərim çərçivəsində Aİ nümayəndə heyətinə rəhbərlik etdim və normallaşma prosesinin bütün aspektlərinə, o cümlədən nəqliyyat əlaqələrinin inkişafına dəstəyimizi gücləndirməyə hazır olduğumuzu çatdırdım”, - deyə, o bildirib.
Qrono həmçinin Naxçıvana səfər etdiyini və yerli nəqliyyat infrastrukturunu Aİ ilə mümkün əməkdaşlıq baxımından qiymətləndirdiyini qeyd edib.
Dünən
Dünən