13 avqust

Asif Əli Zərdari: Azərbaycanla Ermənistan arasında sülh regiona sabitlik və rifah gətirəcək

Azərbaycanla Ermənistan arasında sülh regiona sabitlik və rifah gətirəcək

Təhlil.az xəbər verir ki, bu fikri Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovu qəbul edərkən səsləndirib.

Görüş zamanı iki ölkə arasında qarşılıqlı etimad, ortaq dəyərlər və maraqlara əsaslanan qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi müzakirə olunub.

"Pakistan Azərbaycanı əsas strateji tərəfdaş kimi görür və xüsusilə ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Genişlənmiş ticarət əlaqələri, investisiya tərəfdaşlığı və regional nəqliyyat imkanlarının yaxşılaşdırılması iki ölkəni daha da yaxınlaşdıracaq və ortaq rifaha xidmət edəcək", - deyə Asif Əli Zərdari vurğulayıb.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?