13 avqust
"OpenAI" həmtəsisçisi ilə İlon Mask arasında rəqabət güclənir

"OpenAI" və onun həmtəsisçisi Sem Altman İlon Maskın rəhbərlik etdiyi "Neuralink" şirkəti ilə rəqabət aparacaq "Merge Labs" layihəsinə sərmayə qoymağı planlaşdırır. Bu addım iki tanınmış amerikalı biznesmen arasındakı rəqabəti daha da gücləndirəcək.
"Merge Labs" layihəsi 850 milyon dollar həcmində vəsait cəlb etməyi planlaşdırır və gözlənilir ki, yeni kapitalın böyük hissəsi "OpenAI"nin vençur komandasından gələcək. Layihədə həmçinin dünyada göz qişası və rəqəmsal identifikasiya sistemlərinin inkişafına rəhbərlik edən Aleks Blaniya da iştirak edəcək.
29 avqust