11 avqust

Erməni rəsmi: “Qarşımızda Türkiyə ilə də reallaşdıra biləcəyimiz mühüm bir mərhələ və fürsət açılıb”

Bu görüşlər Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ prezidenti Donald Trampın Ağ Evdə onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün saziş imzalamasından sonra “vacib mərhələ” olub.

Təhlil.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Türkiyənin “Anadolu” xəbər agentliyinə müsahibəsində deyib.

“Həm ABŞ ilə ikitərəfli, həm də ABŞ və Azərbaycanla üçtərəfli müzakirələr çox mühüm, hətta tarixi idi. Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, eləcə də Ermənistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində mühüm mərhələyə keçdik” - , deyə erməni diplomat bildirib.

Kostanyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan və Azərbaycanı sülh sazişi əldə etməyə çağıran əvvəlki bəyanatlarını təqdir edərək, onların münasibətlərin normallaşdırılması üzrə danışıqlara “müsbət” təsir etdiyini deyib.

“Vaşinqtondakı hadisə bizim üçün Türkiyə ilə də reallaşdıra biləcəyimiz mühüm bir mərhələ və fürsət açır. Əgər biz Ermənistanla Türkiyə arasında əlaqəni bərpa etsək, bu əlaqə layihəsi reallaşa bilər və bu halda, layihənin regional və qlobal əhəmiyyəti daha çox əhəmiyyət kəsb edəcək”, - Kostanyan qeyd edib. O, Ankaranın Türkiyə-Ermənistan sərhədini açmaq və diplomatik əlaqələr qurmaqla Ermənistan hökumətinin xoş niyyətinə cavab verəcəyinə ümid etdiyini bildirib:
“Biz regionumuzda sabitlik və iqtisadi rifah üçün daha bir çox mühüm mərhələyə nail ola bilərik. Bu da o deməkdir ki, biz Ermənistanla Türkiyə arasında sərhədi aça və diplomatik əlaqələr qura bilərik”.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?