11 avqust
ABŞ-də meşə yanğını: Həbsxana təcili təxliyə edildi

Şəkil: npr.org
ABŞ-nin Kolorado ştatında baş verən meşə yanğını səbəbindən həbsxana boşaldılıb.
Təhlil.az xəbər verir ki, medianın məlumatına görə, həbsxanadakı 179 məhbusun hamısı ehtiyat tədbiri olaraq koloniyadan təhlükəsiz şəkildə çıxarılıb.
Məlumatda bildirilir ki, ştatda mindən çox yanğınsöndürən yanğınla mübarizə aparır. Yanğına "Li" adı verilib. Artıq 432 kvadrat kilometr ərazini bürüyən yanğın ştat tarixində altıncı ən böyük yanğın hadisəsidir.
Bu gün
Bu gün