11 avqust

Kallas: “Moskva danışıqlara razılıq verməklə ABŞ sanksiyalarından yayınmaq istəyir”

Rusiya rəhbərliyi sülh danışıqlarına razılıq verməklə ABŞ Prezidenti Donald Trampın elan etdiyi sanksiyalardan yayınmağa çalışır. Təhlil.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bəyanat yayıb. Onun sözlərinə görə, Moskva Ukraynadakı müharibəni yalnız ABŞ-nin təzyiqini hiss etdikdə dayandıracaq: “Rusiya ABŞ sanksiyalarından qaçmaq üçün dialoq təklifi irəli sürüb. Lakin Moskvanın pozulmuş vədlər və sazişlər tarixçəsi Atlantikanın hər iki tərəfində dərin etimadsızlıq yaradıb”.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?