11 avqust
Tokayev: “Astana ərazi bütövlüyü prinsipi ilə Ukraynada sülhün tərəfdarıdır”

Astana əvvəldən Ukraynada ədalətli əsasda sülhaxtarışını dəstəkləyib və BMT Nizamnaməsinə, suveren dövlətlərin sərhədlərinin toxunulmazlığına, ərazi bütövlüyünə sadiqdir.
Təhlil.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında bildirib.
O, vurğulayıb ki, əsas prioritet Ukraynanın təhlükəsizliyinin beynəlxalq təminatlarına əsaslanan dövlətçiliyin qorunmasıdır.
Qeyd edək ki, tərəflər həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.
Bu gün
Bu gün