Dünyada çimərliklər yox olma təhlükəsi ilə üz-üzə

Dünyada çimərliklər yox olma təhlükəsi ilə üz-üzədir.
Təhlil.az xəbər verir ki, "Financial Times"-də dərc edilən məqalədə qeyd edilir ki, dünyada çimərliklərin sürətlə yoxa çıxmasının əsas səbəbi iqlim dəyişikliyi fonunda qumun yuyulmasıdır.
Məlumata görə, Mayamidən Barselonaya, Avstraliyanın Qızıl Sahilinə qədər bir çox şəhər yaxın illərdə azalan sahil xətlərini necə qorumağın yollarını axtarır. Eroziyanın bir hissəsi təbii səbəblərlə izah olunsa da, fırtınalar, güclü gelgitlər və insan fəaliyyətindən qaynaqlanan qlobal istiləşmə nəticəsində buzlaqların sürətlə əriməsi prosesi daha da gücləndirir.
ABŞ-nin Şimali Karolina ştatındakı Rodant şəhərində 2020-ci ildən bəri sahil xəttinin aşınması səbəbindən 11 ev okeana uçub, bir çox ev isə dağıntı təhlükəsi ilə üzləşib.
Barselonada isə hər il təxminən 30 min kubmetr qum (bu, 12 Olimpiya ölçülü hovuzun həcminə bərabərdir) fırtınaların təsiri ilə yuyulur.
Qəzet qeyd edir ki, dünya əhalisinin 10 faizi dənizdən 5 kilometrdən az məsafədə yaşayır. Bu səbəbdən, bəzi çimərliklərin tamamilə yoxa çıxması istisna edilmir.