08 avqust
Saxalində sərnişin təyyarəsi qəza enişi edib

Cənubi Saxalinsk - Sovetskaya Qavan reysini yerinə yetirən DHC-6-400 təyyarəsi havaya qalxdıqdan bir müddət sonra qəza enişi edib, xəsarət alan olmayıb.
Təhlil.az xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
"Bu gün "Tayqa" aviaşirkətinin Cənubi Saxalinsk - Sovetskaya Qavan reysini həyata keçirən DHC-6-400 təyyarəsi texniki nasazlıq səbəbindən qəza enişi edib.
Havaya qalxdıqdan bir müddət sonra nasazlıq aşkar edən ekipaj təyyarənin geri qayıtmasına qərar verib.
Eniş uğurla həyata keçirilib", - deyə, məlumatda deyilir.
Təyyarədə 14 sərnişin, o cümlədən 4 yetkinlik yaşına çatmayan şəxs olub.
Dünən
Dünən