Ağ ev Tramp-Putin görüşünün şərtlərini açıqladı

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşə yalnız Rusiya lideri Ukrayna prezidenti Vladimir Zelenski ilə də danışıqlar aparacağı təqdirdə razılaşacaq.
Təhlil.az xəbər verir ki, bu barədə “New York Post” Ağ Ev administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Nəşrin aydınlaşdırdığı kimi, Ağ Ev Rusiya tərəfinin Tramp və Putin arasında Ukrayna tərəfinin iştirakı olmadan ikitərəfli görüşünün mümkünlüyü barədə bəyanatlarının reallığa uyğun olmadığını vurğulayıb.
“Financial Times” qəzeti öz növbəsində qeyd edir ki, ABŞ administrasiyası ABŞ-Rusiya sammitinin keçirilməsi üçün ilkin şərt kimi Putinlə Zelenski arasında ya ilkin, ya da paralel görüşün zəruriliyində israr edir.
Bu arada,“The Guardian” yazır ki, Kreml danışıqların üçtərəfli formatı təklifini rədd edib və görüş üçün ikitərəfli formata üstünlük verdiyini bildirib. Nəşr qeyd edir ki, Vladimir Zelenskinin danışıqlarda iştirakdan mümkün imtinası Rusiya və ABŞ prezidentləri arasında görüşün təşkilini çətinləşdirə bilər.