07 avqust
Qırğızıstan mediada xarici payların məhdudlaşdırılması haqqında qanun qəbul edib

Qırğızıstan Prezidenti Sadır Japarov xarici şəxslərə medianın səhmlərinin, paylarının və ya nizamnamə kapitalında payların 35%-dən çoxuna sahib olmağı, istifadə etməyi, sərəncam verməyi və (və ya) idarə etməyi qadağan edən qanunu imzalayıb. Təhlil.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Qanunun məqsədi müstəqil, rəqabətqabiliyyətli və məsuliyyətli nəşrlərin inkişafına şərait yaradılmasına yönəlmiş kütləvi informasiya vasitələri sahəsində qanunvericiliyin təkmilləşdirilməsidir. İndi bütün kütləvi informasiya vasitələri, o cümlədən onlayn nəşrlər, “YouTube” kanalları, podkastlar, sənədli filmlər və digər onlayn məzmunlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir.
Dünən
Dünən