07 avqust

Tramp: “Əgər İran nüvə potensialını bərpa etməyə çalışsa, ABŞ geri qayıdacaq”

ABŞ prezidenti Donald Tramp deyib ki, əgər Tehran nüvə potensialını bərpa etməyə çalışarsa, Birləşmiş Ştatlar İranı yenidən vura bilər. Təhlil.az xəbər verir ki, o, bu barədə avqustun 6-da Ağ evdə jurnalistlərə bildirib.

“Biz İranın nüvə silahı əldə etməsinin qarşısını alaraq Yaxın Şərqdəki müharibələri dayandırdıq. Onlar hər şeyi yenidən başlayacaqlarını deyə bilərlər, lakin bu, onlar üçün çox təhlükəli addım olacaq, çünki belə olsa, biz geri dönəcəyik”, - deyə Ağ ev lideri bildirib.

"Onlar başlayan kimi biz geri qayıdacağıq. Düşünürəm ki, onlar bunu başa düşürlər", - Tramp qeyd edib.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?