06 avqust

İspaniyanın cənubunda meşə yanğını səbəbindən otellər və düşərgələr boşaldılıb

İspaniyanın cənubundakı Kadiz əyalətində (Əndəlüs muxtar icması) otel və düşərgələrin qonaqları meşə yanğını səbəbindən təxliyə edilib. Təhlil.az xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları məlumat yayıb. Məlumata görə, qısa müddət ərzində xeyli sayda insan və maşın təxliyə edilməli olub.

“Europa Press” agentliyinin xəbərində bildirilir ki, 1500 nəfər təxliyə edilib.

“El País” qəzetinin məlumatına görə, yanğın bir gün əvvəl ərazidə dayanan mobil evdə başlayıb. Daha sonra yanğın sürətlə yayılmağa başlayıb.

İsti hava və quru küləklər yanğının söndürülməsini çətinləşdirir. Hazırda yanğına qarşı mübarizəyə 11 yanğınsöndürmə briqadası cəlb olunub. Yaxın vaxtlarda yanğınsöndürmə işlərinə bir neçə hava texnikasının qoşulacağı da gözlənilir.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?