06 avqust

Zelenski Rusiyaya qarşı yeni əməliyyatlara yaşıl işıq yandırdı

Ukrayna Prezidenti Volodimir Zelenski, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Rusiyaya qarşı yeni əməliyyatlarına razılıq verib.

Təhlil.az xəbər verir ki, o, bu barədə “X” hesabında məlumat paylaşıb və UTX rəhbəri Vasili Malyuk ilə görüşdüyünü açıqlayıb.

“Təhlükəsizlik Xidmətinin cəngavərlərinə minnətdaram. Biz ictimaiyyətlə detalları paylaşmırıq, amma düşmən nəticələri hiss edir. Mən bir neçə əməliyyata şəxsən razılıq verdim”, – deyə Zelenski bildirib.

Zelenski, 2025-ci ilin ilk yarısında Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiya hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaqla bağlı fəaliyyətini xüsusilə nəticəli adlandırıb.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?