06 avqust

Putin ABŞ prezidentinin xüsusi elçisini qəbul edib

Rusiya prezidenti Vladimir Putin Kremldə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edib.

Təhlil.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Görüş Kreml Nümayəndəliyində keçirilir.

Söhbət başlamazdan əvvəl Putin və Uitkoff bir-birinə gülümsəyib, əl sıxıb və bir neçə cümlə mübadiləsi aparıblar.

Görüşdə Rusiya liderinin köməkçisi Yuri Uşakov da iştirak edib.

Uitkoffun təyyarəsi bu gün səhər saatlarında Moskvaya enib. Bu, onun ilin əvvəlindən Rusiyaya beşinci səfəridir.  

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?