05 avqust

Türkiyə Ordusuna yeni Baş qərargah rəisi təyin olunub

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.

Təhlil.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, onun yerinə Quru Qoşunları Komandanı Selçuk Bayraktaroğlu təyin olunub.

Həmçinin Birinci Ordu Komandanı Metin Tokel isə Quru Qoşunları Komandanı vəzifəsinə təyinat alıb.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?