05 avqust

Alimlər okeanın 9,5 kilometrdən çox dərinliyində yaşayan canlıları göstəriblər

Okeanın 9,5 kilometrdən çox dərinliyində ekosistem mövcuddur.

Təhlil.az xəbər verir ki, Rusiya və beynəlxalq okeanoloqlardan ibarət qrup Sakit Okeanın şimal-qərbində, Rusiya ilə Alyaska arasında yerləşən Kuril-Kamçatka və Aleut çökəkliklərini tədqiq etmək, 9,5 kilometrdən çox dərinliyə dalmaq üçün sualtı qayıqdan istifadə edib. “Fendouzhe” sualtı aparatına quraşdırılmış yüksək dəqiqlikli videokamera tərəfindən çəkilən görüntülər göstərir ki, ekstremal şəraitə - yüksək təzyiqə, aşağı temperatura və günəş işığının olmamasına baxmayaraq, okeanın ən dərin hissələrində iri dəniz orqanizmlərinin inkişaf edən ekosistemi var.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?