05 avqust

Yaponiyada istilər pik həddə çatdı

Yaponiyada rekord yüksək temperatur qeydə alınıb. 

Təhlil.az xəbər verir ki, kölgədə 41,8 dərəcə rekord yüksək temperatur Tokionun şimal-qərbində yerləşən İsesaki şəhərində qeydə alınıb.

Yaponiya Milli Meteorologiya İdarəsi bildirib ki, bu,19-cu əsrin sonlarında ölkədə sistemli hava müşahidələrinin başlanmasından bəri qeydə alınan ən yüksək səviyyədir.

Tokionun mərkəzində temperatur yerli vaxtla günortaya yaxın kölgədə demək olar ki, 37 dərəcəyə yüksəlib.

Artıq dördüncü gündür ki, havanın temperaturu 35 dərəcədən yuxarı qalxır.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?