04 avqust

Litva hökuməti istefa verdi

Litva hökuməti istefa verdi.

Təhlil.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu qərar Nazirlər Kabinetinin Baş nazir Gintautas Palutskasın istefası haqqında xəbərlərdən sonra çağırılan xüsusi iclasda qəbul edilib.

Hökumət haqqında qanunun 9-cu maddəsinə əsasən, baş nazir istefa verdikdə, Litvanın Nazirlər Kabineti də istefa verməlidir. Hökumətin istefası prezident tərəfindən qəbul edilir. 

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?