04 avqust
Prezident İlham Əliyev Ağ evdə Paşinyanla görüşəcək

Azərbaycan və Ermənistan bu cümə günü Vaşinqtonda sülh bağlamaq niyyətlərini açıqlayacaqlar.
Təhlil.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentində akkreditə olunmuş jurnalist Aleks Raufoğlu öz sosial şəbəkə hesabında məlumat verib.
“Bir çox mənbələr mənə təsdiq edir ki, Ermənistan vəAzərbaycan bu həftənin sonunda Vaşinqtonda sülhə nail olmaq niyyətlərini bəyan etməyə hazırdırlar. Mənbələrin məlumatına görə, Trampın cümə günü Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ evdə qəbul edəcəyi gözlənilir”, - deyə, paylaşımda deyilir.