04 avqust
Yəməndə miqrantları daşıyan qayıq batıb: 68 nəfər ölüb

Yəmənin cənubundakı Əbyən əyaləti sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 68-ə çatıb.
Təhlil.az xəbər verir ki, əyalətin Zincibar rayonunun səhiyyə idarəsinin müdiri ölənlər arasında bir Yəmən vətəndaşının da olduğunu bildirib. Məlumata görə gəmidə 100-dən çox efiopiyalı olub və onlarla adam hələ də itkindir.
Qeyd edək ki, Yəmən Afrika ölkələrindən, xüsusilə Efiopiya və Somalidən olan qeyri-qanuni miqrantlar üçün tranzit məntəqəsi hesab olunur.
Qeyri-qanuni afrikalı miqrantların əksəriyyəti Körfəz ölkələrinə, xüsusən də Səudiyyə Ərəbistanına getmək arzusu ilə Cibuti vasitəsilə Yəmənə keçirlər.
Dünən
Dünən