01 avqust

Çexiya hökumətinin bir neçə saytı kiberhücumlara məruz qalıb

Naməlum hakerlər Çexiyanın bir sıra nazirlik və idarələrinin, o cümlədən respublikanın Daxili İşlər Nazirliyi və polisinin internet səhifələrinə kiberhücum həyata keçirib. Təhlil.az xəbər verir ki, bu barədə Çex radiosu məlumat yayıb.

Polis sözçüsü Josef Bocanın sözlərinə görə, saytlarda problemin yaranmasına və müvəqqəti əlçatan olmamasına səbəb xaricdən DDoS hücumu olub. Hökumət resursları tam bərpa olunub.

Hüquq-mühafizə orqanları saytlara hücumun arxasında kimin dayandığını araşdırır.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?