ABŞ Senatından Ukraynaya 54,6 milyard dollarlıq yardım təklifi

ABŞ Senatı növbəti iki il ərzində Ukraynaya 54,6 milyard dollar ayrılması barədə qanun layihəsi təklif edib.
Təhlil.az xəbər verir ki, “The New York Times”da dərc edilən yazıya əsasən, bu məbləğin bir hissəsi Rusiya Federasiyasının müsadirə olunmuş aktivləri hesabınadır.
Qanun layihəsi ABŞ prezidentinin səlahiyyətlərini genişləndirir, ona Konqresin təsdiqi olmadan Ukraynaya silah ötürməyə imkan verir.
NYT-nin qeyd etdiyi kimi, onun təsdiqlənmə şansı zəifdir, çünki bir çox respublikaçılar Amerika lideri Donald Trampın xarici yardıma xərcləri azaltmaq kursunu dəstəkləyir.
ABŞ-nin vitse-prezidenti J.D.Vens qeyd edib ki, Ukrayna “heç bir halda” daha 60 milyard dollar yardımalmayacaq.
İyulun 31-də ABŞ Senatının Təxsisatlar Komitəsi 2026-cı ildə Ukraynaya 800 milyon dollar yardım ayrılmasını təsdiqləyib.
Bundan əlavə, komitə Baltikyanı təhlükəsizlik təşəbbüsü üçün 225 milyon dolların təsdiqləndiyini, həmçinin Bəhreyn vəİordaniya üçün maliyyənin artırılmasını elan edib.