30 iyul

Braziliya prezidenti: Tramp ölkəmizə təzyiq göstərməyə çalışır

"Donald Tramp suverenliyimizi heçə sayır və ölkəmizə təzyiq göstərməyə çalışır”

Təhlil.az xəbər verir ki, bunu Braziliya prezidenti Lula da Silva “The New York Times“ nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Braziliya tarif məsələsinə ciddi yanaşsa da bu, heç vaxt ölkəsinin hətta ABŞ kimi böyük bir dövlətə belə tabe olacağı anlamına gəlmir:

“Biz ABŞ-nin iqtisadi gücünü və texnoloji potensialını qəbul edirik, lakin bütün bunlar bizi qorxutmur”.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?