30 iyul

Almaniyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Almaniyanın şərqində hərbi təlim uçuşu zamanı helikopter qəzaya uğrayıb.

Təhlil.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə naziri Boris Pistorius DPA agentliyinə açıqlamasında bildirib.

Nəticədə azı iki nəfər həlak olub.

Nazirin sözlərinə görə, daha bir nəfər itkin düşmüş hesab olunur.

Şahidlərin verdiyi məlumata əsasən, helikopterin qalıqları Mulde çayında aşkarlanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?