30 iyul

Rusiyada güclü zəlzələ - VİDEO

Rusiyanın Severo-Kurilsk şəhərində 7,9 bal gücündə zəlzələ baş verib.

Təhlil.az TASS-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində sunami təhlükəsi elan edilib və sakinlər təxliyə edilir. 

Həmçinin Rusiyanın Kamçatka bölgəsində də güclü zəlzələ baş verib.

 Yeraltı təkanların 7-8 bal gücündə hiss olunduğu qeyd edilir.

Məlumatlara görə, Kamçatkada yerləşən uşaq bağçalarından birinin divarı uçub, lakin itki yoxdur.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?