23 iyul

Peskov: “İstanbulda memorandum layihələri və mübadilə prosesi müzakirə olunacaq”

Rusiya nümayəndə heyəti bu gün axşam Rusiya və Ukrayna arasında üçüncü danışıqlar raundu üçün İstanbula yola düşüb. Təhlil.az xəbər verr ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Nümayəndə heyətimiz İstanbula yola düşüb. Bu gün axşam birbaşa danışıqların üçüncü raundu baş tutacaq. Görüşdə bu məsələlərin müzakirəsi gözlənilir: İkinci raund zamanı mübadilə edilmiş memorandum layihələri, hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsi prosesi ”, - deyə Kreml rəsmisi bildirib.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?