23 iyul
Gürcüstan XİN rəhbəri: “Azərbaycanla strateji tərəfdaşlıq artıq nəticə verir”

Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri artıq nəzərəçarpan nəticələr verməyə başlayıb.
Təhlil.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “X” platformasında paylaşım edib.
O, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovu Tbilisidə qəbul etməkdən məmnunluq duyduğunu bildirib.
“Gürcüstanvə Azərbaycan arasında strateji tərəfdaşlıq və yaxın dostluq artıq nəticələr verir. Güclü öhdəliklərimiz regionda sabitlik, firavanlıq və əlaqələrinin kişafına xidmət edir”, – deyə Boçorişvili vurğulayıb.
Dünən