İran, Rusiya və Çin İranın nüvə proqramını müzakirə edirlər

İyulun 22-də Tehranda İran, Rusiya və Çin nümayəndələrinin üçtərəfli görüşü keçirilib. Təhlil.az xəbər verir ki, Görüşün əsas mövzusu İranın nüvə proqramı olub.
İranın Tasnim agentliyinin məlumatına görə, tərəflər məsləhətləşmələri davam etdirmək, mövqelərini və hərəkətlərini əlaqələndirmək barədə razılığa gəliblər. Qarşıdakı həftələrdə “müxtəlif səviyyələrdə” görüşlərin davam etdirilməsi planlaşdırılır.
Həmçinin danışıqlar çərçivəsində Rusiya və Çin nümayəndə heyətlərinin rəhbərləri İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi ilə ayrı-ayrılıqda görüşüblər. Söhbətlərin təfərrüatları barədə məlumat açıqlanmır.
Qeyd edək ki, aprelin 12-dən bəri İran və ABŞ Omanın vasitəçiliyi ilə 5 raund dolayı danışıqlar keçirib. Danışıqlar İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsindən sonra dayandırılıb.
Vaşinqton Tehranla birbaşa danışıqlara hazır olduğunu bəyan edib. Danışıqlardan imtina ediləcəyi təqdirdə Amerika hakimiyyəti İranı güc tətbiq etməklə hədələyib.