22 iyul
Rusiya hərbçiləri Pokrovska sızdı

Donetsk vilayətinin Pokrovsk şəhərinə Rusiya təxribat-kəşfiyyat qruplarının sızdığı bildirilir.
Təhlil.az xəbər verir ki, “Ukrainskaya pravda” və “DeepState”ə görə, bir neçə gün əvvəl ilk qrup şəhərə daxil olub. Məqsəd isə şəhərdə möhkəmlənmək və Ukrayna qüvvələrinin arxasında xaos yaratmaqdır. Ukrayna hərbçiləri artıq diversiya qruplarının zərərsizləşdirilməsi üçün əməliyyatlara başlayıb.
Qeyd edək ki, Pokrovskın ətrafında aylardır şiddətli döyüşlər gedir.
Dünən