11 iyul

Braziliyadan ABŞ-yə rüsum xəbərdarlığı

ABŞ rəhbərliyi Braziliya məhsullarına əvvəlcədən elan edilmiş 50 % tarifləri həmin tarixə qədər qaldırmasa, Braziliya avqustun 1-dən ABŞ mallarına güzgü rüsumları tətbiq edəcək.

Təhlil.az xəbər verir ki, bunu Cənubi Amerika respublikasının lideri Luis İnasiu Lula da Silva yerli "Jornal Nacional" qəzetinə müsahibəsində deyib.

“ABŞ-dən rüsumların qaldırılması ilə bağlı qərar olmasa, biz avqustun 1-dən qarşılıqlılıq prinsipinə keçəcəyik”, - deyə o, qeyd edib

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?