Bu gün

“Liverpul” Jotanın ailəsinə 14,5 milyon funt-sterlinq ödəyəcək

Şəkil: Football365.com

“Liverpul” klubu avtomobil qəzasında həyatını itirən Dioqo Jotanın müqaviləsində nəzərdə tutulan maaşının geriyə qalan iki illik hissəsini futbolçunun ailəsinə ödəyəcək. Təhlil.az Portuqaliyanın “Record” nəşrinə istinadla xəbər verir ki, bu qərar Jotanın ailəsinə dəstək məqsədilə qəbul edilib.

Qeyd edək ki, Dioqo Jota və qardaşı Andre Silva iyulun 3-də İspaniyada baş verən avtomobil qəzasında həlak olublar. Klub ailənin məxfilik hüququna hörmət edilməsini xahiş edib. “Enfild”də Jota üçün xatirə kitabı açılıb və minlərlə azarkeş stadiona axın edib.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?