Bu gün

Tramp: “İranın nüvə proqramı tarixə qovuşub”

ABŞ prezidenti Donald Tramp İranla bağlı sualı cavablandırarkən “Air Force One” təyyarəsində jurnalistlərə deyib ki, ölkənin nüvə proqramı tarixə qovuşub. Eyni zamanda, onun sözlərinə görə, Tehran ötən ay ABŞ və İsrailin zərbə endirdiyi yerlərdən başqa məkanlarda da öz proqramını davam etdirə bilər. Tramp qeyd edib ki, İran nüvə proqramının təftişinə razı olmayıb və uranın zənginləşdirilməsindən əl çəkməyib. Təhlil.az xəbər verir ki, o, bazar ertəsi Ağ evə səfər edəcək Benyamin Netanyahu ilə məsələni müzakirə edəcəyini bildirib. ABŞ prezidenti həmçinin Qəzzada atəşkəs və girovların azad edilməsinə gələn həftə nail oluna biləcəyinə əminliyini bir daha vurğulayıb.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?