Rusiya Odessada çoxmərtəbəli yaşayış binasına zərbə endirib

Son gecə Rusiya və Ukrayna arasında qarşılıqlı hava zərbələri baş verib. Hər iki tərəf bir neçə bölgədə dron və raket hücumları həyata keçirib.
Təhlil.az xəbər verir ki, Rusiya tərəfindən Ukraynanın Odessa şəhərinə endirilən zərbə nəticəsində çoxmərtəbəli yaşayış binası ciddi zərər görüb.
Ukraynanın cavabı isə daha genişmiqyaslı olub. Ukrayna PUA-ları Rusiyanın müxtəlif bölgələrini hədəf alıb:
Yelts şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının bir hissəsinə zərbə dəyib;
Voronej şəhəri üzərində partlayış səsləri eşidilib;
Lipetsk vilayətinə endirilən zərbələr nəticəsində bir nəfər həlak olub. Rəsmilər bildirib ki, pilotsuz aparat sənaye müəssisəsinin dayanacağına düşüb. Ukrayna mənbələri həmin obyektin “Energiya” zavodu olduğunu qeyd edir;
Həmçinin Lipetskdə tikilməkdə olan bir yaşayış binasına da ziyan dəyib;
Tambov vilayətinin Kotovsk şəhərindəki sənaye obyektində partlayış baş verib. Qeyd olunur ki, bir gün əvvəl həmin ərazidə dron təhlükəsinə görə hava limanı müvəqqəti bağlanmışdı. Hadisə nəticəsində üç nəfər həyatını itirib.
Rusiya Müdafiə Nazirliyi isə hücumların qarşısının alınması məqsədilə ümumilikdə 69 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.