Dünən
Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Sankt-Peterburqda yeniyetmələr arasında məişət zəminində baş vermiş münaqişə Rusiya hakimiyyəti tərəfindən azərbaycanlı ailənin, o cümlədən uşaqların deportasiyası ilə nəticələnib.
Təhlil.az Rusiya mediasına istinadla xəbər verir ki, 16 yaşlı yerli yeniyetmə ilə 13 yaşlı azərbaycanlı uşaq arasında internetdə başlayan mübahisə sonradan dava ilə yekunlaşıb. Hadisənin sadəcə yeniyetmələr arasında baş verməsinə baxmayaraq, polis azərbaycanlı uşağı, onun atasını, daha sonra isə bütün ailəni saxlayıb. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 13 yaşlı uşaq, onun valideynləri, qardaşı və bacısı Rusiyadan deportasiya edilib.