Bu gün
NATO Ukraynaya dəstəyi davam etdirəcək

NATO-ya üzv ölkələr Ukraynaya hərbi yardımın davam etdirilməsibarədə razılığa gəliblər.
Təhlil.az xəbər verir ki, bu barədə NATO-nun Haaqa sammitinin yekun bəyanatında bildirilib.
“Müttəfiqlər Ukraynanı dəstəkləməyə davam edəcəklərini birdaha təsdiqləyir. Ukraynanın təhlükəsizliyi bizim öz təhlükəsizliyimizdir. Buna görə də, müttəfiqlərin hərbi xərclərini göz önündə tutaraq, Ukraynaya birbaşa hərbidəstəyi nəzərə alacağıq” - deyə, bəyanatda deyilir.
Bəyanatda Ukraynanın hərbi bloka üzv olacağı ilə bağlı hər hansı bir fikir qeyd olunmayıb.