Bu gün

Rəsmi Tehran nüvə obyektlərinin ciddi zədələndiyini etiraf etdi

Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib.

Təhlil.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “Al Jazeera“ya müsahibəsində deyib.

O bildirib ki, İranın nüvə təsisatları əhəmiyyətli dərəcədə ziyan görüb.

“Düşünürəm ki, dünyada bir çoxları Amerikanın təcavüzünün əhəmiyyətini azaltmağa çalışır. Onlar zərbələrin effektivliyini müzakirə edirlər. Beynəlxalq ictimaiyyətin əsas qayğısı ABŞ-nin qanunsuz əməlini qınamaq olmalıdır”, - deyə, Bəqayi vurğulayıb.

O əlavə edib ki, İranın nüvə proqramına malik olmaq haqqı həmişə olduğu kimi qalır.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?