Bu gün

Kreml Cənubi Qafqaz regionunda sabitliyə ümid edir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanla Ermənistan arasında münasibətlərin yenidən kəskinləşməsinə yol verilməyəcəyinə ümid etdiyini bildirib.

Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, Moskva sülh sazişi üzərində işlərin tezliklə başa çatacağını gözləyir.
“Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında eskalasiya olmayacaq. Ölkələr sülh müqaviləsi üzərində işi başa çatdırmağa çox yaxındırlar. Ümid edirik ki, bu iş yekunlaşacaq. Bu müqavilə regionda sabitlik və təhlükəsizlik üçün lazımdır”, - Peskov jurnalistlərə bildirib.
O əlavə edib ki, Rusiya lazım gələrsə, bu prosesə hərtərəfli yardım göstərməyə hazırdır.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?