Bu gün

Ərdoğan Trampla ticarət və sülh gündəmini müzakirə etdi

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp NATO-nun Haaqada keçirilən sammiti çərçivəsində görüşüblər.

Təhlil.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Türkiyə lideri bildirib ki, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsi iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollar hədəfinə çatdırmağı asanlaşdıracaq.

O, Trampın səyləri ilə İsrail və İran arasında əldə olunmuş atəşkəs rejimini məmnuniyyətlə qarşılayıb və bunun daimi olacağına ümidvar olduğunu bildirib.

Ərdoğan Qəzzada baş verən humanitar faciənin tezliklə başa çatmasında və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində sıx dialoqun vacibliyini vurğulayıb.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?