Dünən

Tramp: “İsrail sakitləşməlidir”

ABŞ prezidenti Donald Tramp bildirib ki, həm İsrail, həm də İran vasitəçilik etməyə çalışdığı atəşkəs razılaşmasını pozub. Təhlil.az xəbər verir ki, bununla yanaşı, Ağ evin rəhbəri İsrailin sakitləşməli olduğunu qeyd edib.
Tramp Ağ evdən çıxarkən “İsraili indi sakitləşməyə məcbur etməliyəm”, - deyib.
“Biz razılaşma əldə edən kimi İsrail hərəkətə keçdi və bomba yükü atdı. Bu, bu günə qədər gördüyüm ən böyük bomba yükü idi. Mahiyyət etibarı ilə uzun müddətdir mübarizə aparan və nə etdiklərini anlamayan iki ölkə var”, - deyə ABŞ prezidenti əlavə edib.

Hikmət Həsənov

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?